Ermənistan ordusunun zabiti əsgəri güllələdi

Ermənistan ordusunda növbəti silahlı insident faktı qeydə alınıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, dekabrın 16-da axşam saatlarında baş leytenant Q.M. silahla ehtiyatsız davranaraq müddətdən artıq hərbi xidmət keçən Armen Arutunyana atəş açıb. Baldırından yaralanan Arutunyan xəstəxanaya yerləşdirilib.

Faktla bağlı baş leytenanta qarşı cinayət işi açılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə