Lukaşenko dövlət maraqlarını təmin edən siyasi xadimdir Aleksandr İskandaryan
Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan hesab edir ki, KTMT daxilində müəyyən böhranlı vəziyyət yaranıb. SİA 1in.am-a istinadən xəbər verir ki, erməni politoloqu bunu Belarus prezidenti Lukaşenkonun bəyanatlarına münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, bu böhran ölkələr arasındakı münasibətlərin ictimai rəydə müzakirəsinə səbəb olub. “Bu müzakirələrə səbəb isə Xaçaturovla (KTMT-nin sabiq baş katibi-R.) bağlı mətbuatda aparılan müzakirələrin nəticəsidir ki, onun ətrafında baş verən hadisələrdən təsirini aldı”, İskandaryan deyib.
Erməni politoloqunun fikrincə, Lukaşenko ictimai deyimlərini hər zaman alət olaraq istifadə edib və bu vasitə ilə ölkəsinin maraqlarını təqdim edib: “Hələ Yeltsinin vaxtlarında və Putinin dövrlərində belə Lukaşenko öz ölkəsinin Rusiya ilə münasibətlərini dəfələrlə ictimailəşdirib. Ermənistana deyirdilər ki, siz də bu silahı alın, əlbəttə, bu ən sivil şəkildə deyilməsə də, yenə Lukaşenkonun stilindədir”.
Erməni siyasi analitiki Serj Sarkisyanla bağlı fikirlərini də açıqlayaraq deyib ki, Lukaşenkonun Sarkisyanı dəstəkləmək üçün hər hansı bəhanəsi yoxdur. “Bundan əlavə, mən hesab etmirəm ki, bu kimi bəyanatlarla Serj Sarkisyanı dəstəkləmək olar. Təkrar edirəm, Lukaşenko hər kəsə nümunə olaraq, öz dövlətinin maraqlarını təmin edən siyasi xadimdir. Digər ölkələrin maraqları isə onun maraqları ilə üst-üstə düşə də, düşməyə də bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə