"Biz böyük dəyərlərə malik bir xalqıq" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan müstəqil olduqdan sonra bizim mənəvi dəyərlərimizə qayıdış başlamışdır. Hələ Ümummilli Lider Heydər Əliyev tərəfindən bu məsələyə xüsusi diqqət yetirilirdi. Ulu Öndərin zamanında bu sahədə çox böyük işlər görüldü”. Bunu SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

Fond rəsmisinin sözlərinə görə, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin siyasətinin fəal və uğurlu davamçısı kimi bu sahədə yenə də böyük işlər görür: “Bildiyiniz kimi Mənəvi Dəyərlərin Təbliği Fondu də məhz cənab Prezidentin yaratdığı bir Fonddur. Həmin Fondun yaradılmasında əsas məqsəd isə mənəvi dəyərlərin qorunması, inkişafıdır. Tarixən Azərbaycan bir çox dinlərin, mədəniyyətlərin qovşağında yerləşib və bizdə tarixən çox böyük ənənə formalaşıb. Biz böyük dəyərlərə malik bir xalqıq. Fondumuz dövlətin, cənab Prezidentin bu siyasətinə dəstək verir. Biz çalışırıq ki, yerlərdə dövlətimizin təməl dayaqlarından olan mənəvi dəyərləri təbliğ edək. Xüsusilə də gənclər arasında Azərbaycan dəyərlərini təbliğ etməyə çalışırıq. Bildiyiniz kimi dünyada gedən proseslər bəzən insanların öz milli kimliyindən, öz dəyərlərindən yadlaşmasına gətirib çıxarır. Ona görə də biz çalışırıq ki, bu sahədə maarifləndirmə işləri aparılmaqla dövlətin mənəvi dəyərlər siyasətinə yaxından dəstək verək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə