Paşinyanın müşaviri xalqı kredit tələsinə salır "HRAPARAK"

Nikol Paşinyanın müşaviri Mesrop Arakelyanın baş nazir vəzifəsini icra edənə hansı məsləhətlər verməsi hələ ki, anlaşılan deyil. SİA Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir ki, o, sosial şəbəkələrdə mövcud iqtisadi siyasətlə bağlı yazılar dərc edir və davamlı olaraq Respublika partiyasının ölkəni necə taladıqları barədə informasiyalar yayır. “Respublika partiyasının günahlarına görə maaşlar azdır, Respublika partiyasına görə ölkədə sosial ədalətsizlik yarandı”, deyə Arakelyan sosial şəbəkələrdə köhnə hakim sistemi günahlandırır.

Lakin adıçəkilən nəşr M.Arakelyanın özünün hansı işlərlə məşğul olduğunu xatırladaraq, yazır ki, məhz onun özü məhz Respublika partiyasının iqtidarda olduğu zamanlarda, 2 ilə yaxındır ki, Ermənistanda ən yüksək faizlə avtokreditlər verən təşkilata rəhbərlik edir. SİTAT: “Latviya kapitalı ilə işləyən MOQO təşkilatı 120 faiz altında avtokreditlər təklif edir, yəni 2 min ABŞ dolları kreditə qarşılıq olaraq, 4 min 500 dollar kredit qaytarılır. MOQO kreditorlara pulu 1 günə verəcəyini vəd edir və bu vasitə ilə insanları ağır şərtlər tələsinə salır”.

Bütün xəbərlər Facebook səhifəmizdə