Nikol Paşinyanı susdurulması Azərbaycanın qələbəsidir TƏHLİL

Rusiyalı jurnalistlərlə görüşündə Belarus prezidenti Aleksandr Lukaşenkonun söylədikləri, daha dəqiq desək, Minskin Azərbaycana silah satışı ilə bağlı Paşinyanın narazılığına verdiyi təhqiramiz və həqiqəti əks etdirən cavabı, Ermənistanda ciddi rezonans doğurub. Azərbaycan prezidentinin yanında Aleksandr Lukaşenkonun Nikol Paşinyanı susdurması da işğalçı dövlətədə ciddi ajiotaja səbəb olub desək haqlıyıq.

Belarusun Azərbaycana silah satması ilə bağlı Ermənistanın baş naziri səlahiyyətlərinin icarçısı Nikol Paşinyanın şikayətlərinə Lukaşenkonun təhqiredici cavabını şərh edərkən Ermənistanın sabiq baş naziri, “Respublika” partiyasının sədri Aram Sarkisyan bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Paşinyana dediyi sözlər xoşagəlməz və yersiz olsa da, o haqlıdır. Sabiq baş nazir artıq bu barədə danışmağın belə faydasız olduğunu düşünür və Moskvanın Azərbaycana silah satışını dayandırmasını və bunun digərlərinə nümunə olmasını təmin etmək üçün Rusiyanı NATO ilə "hədələmək" lazım olduğunu bildirir.

İdarəolunmaz kütlə qarşısında dil pəhləvanına çevrilən Nikol Paşinyan Belorus prezidentinə cavab verməyə nə söz tapa bilir, nə də arqument

Xatırladaq ki, “əgər Ermənistanın KTMT-də deyiləsi sözü varsa, onda bütün iradlarını Azərbaycana silah satışında birinci yeri tutan, strateji tərəfdaşı və başlıca müttəfiqi olan Rusiyaya bildirməlidir” deyən Belorus prezidenti bununla Paşinyanı susdurub. Çünki, Nikol hələ də cavab verməkdə aciz qalıb. Görünür, Ermənistanın küçələrində idarəolunmaz kütlə qarşısında dil pəhləvanına çevrilən bu avantürist Belorus prezidentinə cavab verməyə nə söz tapa bilir, nə də arqument.
Aleksandr Lukaşenko əslində Paşinyanı əməlli başlı təhqir edib. Lukaşenko bildirib ki: “İlham Əliyevin də iştirak etdiyi MDB sammiti çərçivəsində Putinin yanında Paşinyana dedim: Nikol, gəl, bu məsələyə nöqtə qoyaq. Azərbaycana silah satışında birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Onda niyə dilini bir yerinə soxub susmusan? Vladimir Vladimiroviçi də tənqid et də. Nədir, qorxursan?” Hətta Belorus prezidenti Azərbaycana silah satışında ölkəsinin ardıcıllıqla Rusiya, İsrail, Türkiyədən sonra dördüncü yeri tutduğunu xatırlatmaqla haqlı olduğunu da subut etməyi bacarıb.

Aleksadr Lukaşenkonun Ermənistanın baş naziri səlahiyyətlərinin icarçısına cavabı təkcə Paşinyan deyil, bütün ermənilər üçün layiqli cavabdır

Məsələ burasındadır ki, Aleksadr Lukaşenkonun Ermənistanın baş naziri səlahiyyətlərinin icarçısına cavabı təkcə Paşinyan deyil, bütün ermənilər üçün layiqli cavabdır. Bu cavab erməni cəmiyyətinin Rusiyadan asılığını da açıb göstərir və əslində bütün ermənilərin ruslardan necə qorxduğunu birmənalı şəkildə ifşa edir. Onun bu cavabına Ermənistanın sabiq baş naziri, “Respublika” partiyasının sədri Aram Sarkisyanın da reaksiya verməsi heç də təsadüfi deyil. Ona görə təsadüfi deyil ki, sabiq baş nazir olduğu halda, Paşinyanın rəqiblərindən olduğu təqdirdə Lukaşenkonun haqlı olduğu barədə belə bir rezonans doğuran etiraf etmək məcburiyyətində qalması, bütün erməni cəmiyyətinin qıcıqlandığını təsdiq edir.
Doğrudur, “Respublika” partiyasının sədri, Rusiyanın bizə lazım olduğundan iki dəfə çox biz Moskvaya lazımıq deməklə, erməni xislətini də gizlədə bilmir. Hətta, Rusiyanı NATO ilə hədələmək barədə də məsləhətlər verməkdən də çəkinmir. Guya Ermənistanın NATO ilə əməkdaşlığının genişləndirilməsi nəticəsində Rusiya qorxuya düşəcək və bununla da ermənilərə qarşı münasibəti dəyişəcək. Hazırda NATO ilə münasibətləri soyuq olan Rusiya qurumun özündən də yox, ona yaxınlaşmaq niyyətində olan Ermənistandan bu yaxınlaşmaya, bu əməkdaşlığa görə qorxacağı çox gülünc səslənir.

Rusiyanın himayəsi sayəsində mövcudluğunu qoruyan bir dövlət üçün bu himayədən məhrum olmaq məhv olmaq deməkdir

Sual oluna bilər, “Respublika” partiyasının sədri bu “dəyərli” məsləhətlərdən niyə hakimiyyətdə olduğu dövrdə özü faydalanmırdı və keçəl dərman bildiyini niyə öz başına sürtmürdü? Hər zaman olduğu kimi, respublikaçıların da hakimiyyəti dövründə Ermənistan Rusiyanın ətəyindən əl çəkmirdi axı. İndi bütün dünya ictimaiyyəti üçün sirr deyil ki, NATO da, Qərb mövzusu da küçələrə toplaşan ermənilər, daha doğrusu hakimiyyət hərisi olan Paşinyan üçün bir bəhanədir.
Ermənistan nə bir dövlət, nə də bir ərazi olaraq, Rusiyanın dəstəyi olmadan mövcud ola bilməz. Doğrudur, ermənilər özlərinə məxsus nankor xisləti ortaya qoydular və utanmadan rusların dəstəyini dandılar. Amma nə Nikol Paşinyan, nə Serj Sarkisyan, nə də ən sıravi bir erməni Rusiyasız, rusların dəstəyi olmadan Ermənistanı bir an belə təsəvvür etmir və bu mənada hər biri haqlıdır. Çünki, rusların himayəsində yaşamağı öyrənmiş və mövcudluğunu yalnız bununla qorumuş bir dövlət üçün, özü də işğalçı dövlət üçün bu himayədən məhrum olmaq birmənalı şəkildə məhv olmaq, Ermənistanın süqutu deməkdir.

Rusiya, İsrail, Türkiyə və digər dünya dövlətləri ilə yanaşı Belorus da Ermənistanın deyil, Azərbaycanın yanındadır

Ermənistanın baş naziri vəzifəsini icra edən küçə nümayişçisinin susdurulması, Belorus prezidentinin sözləri qarşısında Nikol Paşinyanın susqunluğu başadüşüləndir və əslində bu onun çarəsizliyinin təzahürüdür. Çünki, hərhansı cavab nəinki Paşinyanın özünün, hətta bütün Ermənistanın əleyhinə yönələ bilər. Başda Paşinyan olmaqla bütün Ermənistan ictimaiyyəti Rusiya faktoru ilə barışmaq, hesablaşmaq məcburiyyətindədir və Ermənistan kimi səfalət içində olan dövlətin Rusiya kimi fövqəl dövlətdən qorxmasında qeyri-adi heç nə yoxdur.
Aleksanr Lukaşenko Nikol Paşinyanı susdurmaqla yerini göstərdi və təkcə Azərbaycana silah satmaqda deyil, ölkəmizlə bütün sahələrdə əməkdaşlıq etməkdə haqlı və israrlı olduğunu bildirdi. Bildirdi ki, Rusiya, İsrail, Türkiyə və digər dünya dövlətləri ilə yanaşı Belorus da Ermənistanın deyil, Azərbaycanın yanındadır və ölkəmizin mövqelərini müdafiə edir.
Belorus prezidentinin bu mövqeyi əslində ölkəmizin diplomatik qələbələrindən biridir. Bu diplomatik qələbə birinci və sonuncu deyil. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və rəhbərliyi sayəsində Azərbaycan bundan sonra da sona qədər qələbələrə imza atacaq. İndi nəinki Ermənistan cəmiyyəti, bütün dünya ictimaiyyəti də çox yaxşı başa düşür ki, Nikol Paşinyanın susdurulması Azərbaycanın qələbəsidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə