Koçaryanın iddiası təmin olunmadı

Ermənistan Appelyasiya Məhkəməsi eks-prezident Robert Koçaryanın hazırki baş nazir Nikol Paşinyana qarşı qaldırdığı iddianı təmin etməyib. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, iddiada Paşinyanın eks-prezidentin ünvanına səsləndirdiyi fikirlərə görə ondan üzr istəməsi tələb olunurdu.

Koçaryanın vəkili Ayk Alumyan iddanın rədd edildiyini açıqlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə