"Batka doğru deyir" – Aram Sarkisyan

Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla bağlı sərt ittiham irəli sürməsi erməni siyasi-ictimai rəyində müzakirə obyektinə çevrilib. Belə ki, rusiyalı jurnaslitlərlə görüşündə Ermənistan tərəfinin KTMT-yə baş katibin seçilməsi məsələsində və “Polonez” zenit-raket komplekslərinin Azərbaycana satılması ittihamlarını irəli sürməsi ilə bağlı iradlarını cavablandıran Lukaşenko, qarşı tərəfin nəyə görə Rusiyanı hədəfə götürməməsini soruşub və Nikol Paşinyanın buna cürət etmədiyini, qorxduğunu bildirib, hətta dilini müəyyən yerə soxduğunu da açıq şəkildə deyib.

“Nə qədər xoş olmasa da, Batka doğru deyib”. SİA news.am-a istinadən xəbər verir ki, bu barədə Facebook səhifəsində Ermənistanın Respublika partiyasının siyasi şurasının sədri Aram Sarkisyan Belarus prezidenti Aleksandr Lukaşenkonun Nikol Paşinyanla bağlı sərt ittihamlarına münasibətini bildirərkən yazıb.

“Əgər KTMT çərçivəsində nə isə demək istəsək, ilk növbədə strateji partnyorumuz və əsas müttəfiqimiz Rusiyaya - Azərbaycana silah satan bir nömrəliyə müraciət etməliyik. Lakin mənim nəzərimcə, demək mənasızdır”, bildirən Aram Sarkisyan ölkəsinin səssiz və addım-addım NATO ilə əməkdaşlığa getməli olduğunu deyib.

Erməni siyasətçi xəyallara qapılaraq iddia edib ki, məhz bu zaman Rusiyanın Ermənistana münasibətində birmənalı şəkildə dəyişikliklər olacaq və s. Sarkisyan hətta bir az da irəliyə gedərək, Rusiyanın sərhədlərinin Kransodar vilayətindən keçəcəyini belə, xam xəyallarına calaq edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə