Yaralanmış təxribatçı Yerevana aparılıb VƏZİYYƏTİ AĞIRDIR

Qondarma “DQR”-ə məxsus “silahlı qüvvələrin” ağır yaralı hərbçisi Xankəndindən Yerevana aparılıb. SİA xəbər verir ki, bu barədə aysor.am-ın müxbirinə hərbi hospitaldan deyiblər.

Bildirilir ki, işğalçı ordunun hərbçisi göz nahiyəsindən güllə yarası alıb. “O, Stepanakertdən (Xankəndi-R.) Yerevanın hərbi kliniki hospitalına aparılıb”, deyə qeyd olunur.

Ermənilərin “shamshyan.com” saytı da yazır ki, hərbçinin vəziyyəti çox ağırdır.

Xatırladaq ki, bir neçə gün öncə separatçı və işğalçı silahlı qüvvələrin hərbçiləri işğal olunmuş ərazilərimizdə növbəti təxribata cəhd göstəriblər və Azərbaycanın Silahlı Qüvvələrinin cavabı nəticəsində düşmən ordusunun hərbçiləri geri çəkilməyə məcbur olublar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə