"Putinin İlham Əliyevi "uzaqgörən siyasi xadim" adlandırması təsadüfi deyil" AÇIQLAMA-ÖZƏL

“2018-ci ili birmənalı şəkildə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından məhsuldar adlandıra bilərik. Cari il müddətində həm Azərbaycan Prezidentinin Rusiya, həm də Rusiya rəsmilərinin ölkəmizə səfərləri bunu izə deməyə əsas verir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

F.Sadıqov bildirib ki, Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma, iki ölkənin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləməsi təsadüfi deyil: "Hər iki ölkə eyni coğrafiyanı paylaşır, maraqlar hər iki ölkə üçün məqbuldur. Belə olan halda anlaşmaq da asan olur. Təsadüfi deyil ki, bu gün cənab Preziden İlham Əliyevi təbrik edənlər arasında Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubu səmimiyyəti ilə seçilirdi. Putinin İlham Əliyevi "uzaqgörən siyasi xadim" adlandırması ölkə başçımıza verilən ən böyük dəyərdir. Azərbaycan Cənubi Qafqaz ölkələrində aparıcı rola malikdir. Ölkəmizin regionda bir sıra layihələrin təşəbbüskarı və onların həyata keçirilməsində iqtisadi baxımından güclü dövlət olması Rusiyanın maraqlarına cavab verir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə