“Əli Kərimlinin və Arif Hacılının məşğul olduqları siyasət deyil” AÇIQLAMA

"AXCP, Müsavat partiyalarının funksionerləri uzun illərdir ki, Azərbaycanın siyasi meydanlarında atılıb düşürlər”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, amma onlar əslində bir siyasətçi kimi özlərini təsdiq etməyiblər: “Onlar meydanlarda atılıb düşən, siyasətlə məşğul olmaq imitasiyası yaradan adamlardır. Əslində siyasətlə məşğul olmaq, siyasətçi olmaq, siyasi fəaliyyətlə məşğul olmaq tamam başqa bir anlayışdır. Bu siyasi nəzəriyyələri əgər onlar bilmirlərsə siyasi nəzəriyyələrə müraciət etsinlər və baxsınlar. O elimi mənbələrdə bunun açıqlaması göstərilir. Bunların məşğul olduqları tamamilə ilə başqa bir şeydir. Yəni Əli Kərimlinin və Arif Hacılının məşğul olduqları siyasət deyil. Görünür onların əlində başqa iş gəlmir. Bu illər ərzində yalnız asan fəaliyyət yolu seçiblər özləri üçün. İqtidarın gördüyü böyük, möhtəşəm işlərə qara yaxmaq, şər- böhtan yağdırmaq və bununla da xaricdə kimlərinsə diqqətini cəlb etmək, gündəmdə qalmaq və belə də yaşamaq onların əsas fəaliyyətləridir. “Siyasi mühacir”lər deyilən şəxslər gəlincə gec-tez onlar layiq olduqları cəzanı alacaqlar. Bu qaçılmazdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə