Parlamentlərarası İttifaqın konfransında Ermənistana etiraz

"Ermənistan qoşunları Azərbaycan torpaqlarını işğal edib və bu gün də həmin əraziləri işğal altında saxlayır". SİA-nın xəbərinə görə, bunu Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında çıxış edən sudanlı parlamentari deyib.

O bildirib ki, konfrans iştirakçıları Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsələyə münasibət bildirməli və Konfrans adından etiraz bəyanatı qəbul edilməlidir.

Təklifə cavab verən PAİ-nin prezidenti Qabriela Kuevas Barron deyib: "Təklifə görə təşəkkürümü bildirirəm. Biz bu günə qədər bu və ya digər məsələlərlə bağlı bəyanatlar vermişik, qətnamələr qəbul etmik. Amma bununla belə, qətnamələrimizi icra erməyə kimlərisə məcbur edə bilmərik. Bu günə kimi bizim qətnamələri icra edənlər də olub, etməyənlər də…".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə