Komitə sədri məcburi köçkünlərlə görüşüb FOTOLAR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xəzər rayonunun Şüvəlan qəsəbəsində Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub. SİA-nın verdiyi məlumata görə, məcburi köçkünlər mənzil-məişət problemləri barədə komitə sədrinə ətraflı məlumat veriblər. Onların müraciətləri diqqətlə dinlənilib, sualları cavablandırılıb.

Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini ölkədə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib, onların məşğulluğunun, maddi rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Birinci Vitse-Prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıtda həyat üçün təhlükəli və qəzalı binalarda məskunlaşmış, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı işlərin sürətləndirilməsi barədə tapşırıq verib.

Komitə sədri görüşdə qaldırılmış məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə