"Bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur" - MÖVQE-ÖZƏL

"12 dekabr 2018-ci il tarixdə Avropa Parlamenti böyük səs çoxluğu ilə “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamə qəbul edib. Bu Qətnamə Avropa İttifaqının Xarici Siyasət istiqamətlərini müəyyən edən əsas sənəddir". Bunu SİA-ya zçıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, qəbul edilmiş qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin reqional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb: "Qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlıq ölkələrindəki dondurulmuş münaqişələrə eyni mövqeydən münasibət bildirilməsi tələb olunur. Bu sənəddə vurğulanır ki, Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir.

Yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi deputatlar qətnamənin qəbul edilməsinə mane olmaq istəmişlər. Onların cəhdləri baş tutmamışdır. Ermənipərəst deputatlar qətnamədə xalqların öz müqəddaratının təyin edilməsi ilə bağlı maddənin daxil olunmasını təkilf etsələr də böyük səs çoxluğu ilə təklif rədd edilib.

Bu sənəddə bütün Şərq Tərəfdaşlığı ölkələrinin o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır.

Bu qətnamənin qəbul edilməsi Avropada Azərbaycanın haqq səsinin artıq eşidilməsindən xəbər verir. Bu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən müəyyənləşdirilən və həyata keçirilən uzaqgörən, müdrik və qətiyyətli siyasətin nəticəsidir və ümumilikdə Azərbaycan diplomatiyasının növbəti uğurudur".

Bütün xəbərlər Facebook səhifəmizdə