"QDİƏT regionun inkişafına xidmət edir"

“Bolqarıstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) Azərbaycanın işini davam etdirəcək”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün QDİƏT Xarici işlər nazirləri Şurasının 39-cu iclası ilə bağlı mətbuat konfransında Bolqarıstanın xarici işlər nazirinin müavini Emiliya Kraleva deyib.

Onun sözlərinə görə, QDİƏT regionun inkişafına xidmət edir: “Bizim bütün fəaliyyət sahələrini, o cümlədən ticarət sahəsini əhatə edən 20-dən çox işçi qrupumuz var. Təşkilat öz işinin səmərəliliyini artırmağa çalışacaq”.

E.Kraleva qeyd edib ki, Azərbaycanın təşkilatda sədrliyi məhsuldar keçir. O əlavə edib ki, QDİƏT layihələrin reallaşdırılmasına yönəlmiş təşkilat kimi qalmalıdır.

Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən QDİƏT-də sədrlik Bolqarıstana keçir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə