İranlı deputat: "Urmiya gölünə biganə qalmayın" ÇAĞIRIŞ

“İranın ən böyük daxili, dünyanın isə ən böyük duzlu gölü olan Urmiya gölü yaxşı vəziyyədə deyil. 52 min kvadrat kilometr əraziyə malik olan Urmiya gölünün quruması nəticəsində əkinçilikdə istifadə olunan suvarmaya mənfi təsir göstərib”. SİA-nın xəbərinə görə, bunu İranın nümayəndə heyətinin Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı çərçivəsində “Danışıq vaxtı bitdi: gələcək nəsillər üçün iqlim ədaləti” mövzusunda keçirilən sessiyasında çıxış edən iranlı deputat Hadi Bahaduri deyib.

O bildirib ki, yaxınlıqda olan su anbarlarının təchiz edilməsi, su quyularının qazılması, tarlaların bağlara çevrilməsi kimi məsələlər, suyun daha çox istifadə olunması Urmiya gölünün quruması kimi ekoloji fəlakətə gətirib çıxarıb: “Urmiya gölünün yenidən qurulması, dirçəlməsi istiqamətində artıq 6 ildir ki, İran tərəfindən işlər həyata keçirilir. Səylərin müvəffəqiyyətli, uğurlu olması üçün bu məsələdə gənclər fəal iştirak etməlidirlər. Gənclər bu sahəyə bəhrəsiz qalmamalıdır. Konfrans iştirakçılarını İranı və Urmiya gölünü görməyə dəvət edirəm. Eləcə də Urmiya gölünün yenidən dirçələnməsi ilə bağlı təkliflərinizə ehtiyac var”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə