Putinin təbrik etməməsi Paşinyan iqtidarını narahat edir - TƏLAŞ

Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyanı ölkəsində keçirilmiş erkən parlament seçkilərinin nəticələrinə görə təbrik etməməsi erməni ictimaiyyətində ciddi narahatlığa səbəb olmaqda davam edir. Belə ki, hazırkı vaxta qədər digər bir neçə ölkə öz təbrik məktublarını unvanlasalar da, Rusiya tərəfi bu məsələdə açıq-aydın şəkildə tələsmədiyini nümayiş etdirməkdədir. Ermənistanın ictimai-siyasi dairələri isə müxtəlif “aspektlərdən” çıxışlar edərək, müxtəlif fərziyyələr irəli sürür, bu üsulla özlərinə təskinliklər verməyə çalışırlar. Misal üçün, Nikol Paşinyanın lideri olduğu “Mənim addımım” blokundan seçilmiş deputatı, beynəlxalq məsələlər üzrə ekspert Ovannes İgityan ona ünvanlanan suala cavab olaraq deyib ki, əgər söhbət Putindən gedirsə, o dövlət başçısının seçilməsinin rəsmiləşməsini gözləyir və bundan sonra təbrik edə bilər. SİA xəbər verir ki, İgityan bu vasitə ilə özünü bilməməzliyə vuraraq, hazırkı vaxta qədər bir sıra Rusiya siyasi ekspertlərinin Putinin Paşinyanı təbrik etməməsi ilə bağlı aşkar rəylərindən xəbərsiz olduğunu göstərib. Belə ki, rusiyalı ekspertlər Ermənistanın mövcud iqtidarını kəskin tənqid atəşinə tuturlar.

Saytımız lragir.am-a istinadən xəbər verir ki, Paşinyanın adamı Vladimir Putinin erməni baş nazirin rəsmi seçilməsi prosedurunu gözlədiyir. “Rusiyalı ekspertlərin öz qiymətləndirmələrini edib-etmədiklərini deyə billmərəm, düşünürəm ki, Putin Paşinyanı baş nazir seçiləndən sonra təbrik edəcək”, Ovannes İgityan deyib.

Rusiyadan fərqli olaraq, ABŞ və Aİ-nin Paşinyana təbrik ünvanladıqlarını xatırladan jurnalistin bu sualını da cavablandıran “Mənim addımım” blokunun seçilmiş deputatı deyib ki, seçkilərin nəticələrinin rəsmi sonluğunu gözləmək lazımdır.

Erməni saytı Rusiya XİN-nin rəsmisi Mariya Zaxarovanın da seçkilərə quru münasibət bəslədiyini yazıb.

Xatırladaq ki, Ermənistanın yeni hakimiyyətinin anti-Rusiya xarakterli çıxışları, eləcə də erməni mediasında Rusiya hərbi bazalarının Gümrüdən çıxarılması ilə bağlı gedən yazı və açıqlamalar rəsmi Kremlin Ermənistana münasibətdə siyasi baxışlarında korrektə etməsi ilə nəticəsini tapıb və bu fakt erməni ictimai-siyasi dairələrində fikir ayrılıqlarına səbəb olmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə