Elmar Məmmədyarov QDİƏT-in iclasının əhəmiyyətindən danışdı

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclası münasibətlərin cari vəziyyətinin və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün çox yaxşı imkandır". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov QDİƏT XİN Şurasının Bakıda keçirilən 39-cu iclasında deyib.

“Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında keçirilən görüşün əsas müzakirə mövzusu təşkilatın işinin səmərəliliyinin artırılması, ticarətin sadələşdirilməsi, energetika, tranzit, İKT, turizm, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığa dəstək və digər mühüm mövzulardır".

Nazir dəvəti qəbul edən və Azərbaycana gələn iştirakçılara minnətdarlığını bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə