"Bu gün Azərbaycanda gənclər dövlətin aparıcı qüvvəsinə çevrilib"

“Hörmətli konfrans iştirakçıları ötən yüz illiyin sonlarında dünyada baş verən proseslər beynəlxalq səylərin artmasına gətirib çıxarıb”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sepikeri Oqtay Əsədov Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransının açılış mərasimində çıxış edərkən deyib.

O bildirib ki, beynəlxalq əlaqələr elə qurulmalıdır ki, nəticə etibarı ilə bu, gələcək nəsillər üçün daha güvənli dünyanın qurulmasına gətirib çıxarmalıdır: “Bu baxımdan hesab edirəm ki, Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında müzakirə olunacaq mövzular bu yolları müəyyən etməyə imkan verəcək. Dünya əhalisinin böyük hissəsini təşkil edən gənclər dünyaya öz töhfələrini verə bilərlər. Çünki, bu gün dünyanın bir çox ölkələrində gənclər siyasi, iqtisadi strukturlarında geniş təmsil olunaraq mühüm amil kimi çıxış edirlər. Gənclər müxtəlif mədəniyyətlərə xas ideyaları daha tez mənimsəyirlər”.

Spiker qeyd edib ki, yeni dünya nizamının formalaşmasında gənclər böyük rol oynayacaq: “Bu gün Azərbaycanda gənclər bütün sahələrdə fəaliyyət göstərirlər. Gənclər dövlətin aparıcı qüvvəsinə çevrilib. Parlamantə də gənclər əhəmiyyətli mövqelərə malik olmaqla yanaşı, beynəlxalq təşkilatlarda təmsil olunurlar. Onlar Azərbaycan həqiqətlərinin dünyaya çatıdırlmasında mühüm roy oynayırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə