PAİ-nin Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı öz işinə başlayıb

Bu gün Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı öz işinə başlayır. SİA-nın xəbərinə görə, tədbirdən öncə konfrans iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən Milli Qəhrəmanlarımızın xatirəsini yad ediblər.

“Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi” mövzusunda keçirilən konfransda Milli Məclisin spikeri Oqtay Əsədov, Gənclər və idman naziri Azad Rəhimov, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron və digərləri iştirak edirlər.

Qeyd edək ki, konfrans öz işini müxtəlif sessiyalarla iki gün davam etdirəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə