Kanada vətəndaşları arasında müflisləşənlərin sayı durmadan artır. Belə ki, evlərin təsərrüfat borcu maksimal səviyyəyə çatıb, ya da ondan da artıq olub. Faiz dərəcələri isə bu borcun xidmət dəyərini daha da artırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın Müflisləşmə idarəsinin nəticələrinə görə, oktyabrda müflisləşmə 11 641 rəqəminə qədər çatıb və bu, ötən ilə nisbətdə 9,2 % çoxdur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə müflisləşmə sayı 1,2 % artıb və bu da ötən ayla müqayisədə 13,5 %-i təşkil edir. Müflis olma müraciətləri 15, 8%-lə 18,6 %-i təşkil edir.

Bu rəqəmlər ötən illə müqayisədə narahatlıq doğurmaya bilməz, lakin müflisləşmə tempi həm də belə zəmin yaradır ki, ən cüzi faiz dərəcəsi artımı belə, dərhal qorxulu effekt yaradır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə