Tamerlan Qarayev Litva Respublikasına səfir təyin edildi - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Tamerlan Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Dövlət başçısının digər Sərəncamı ilə T.Qarayev Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə