Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Keniya Prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə