“Ermənistanı çox ciddi fəlakətlər gözləyir” AÇIQLAMA

“Ermənistanın siyasi rəhbərliyinin dünya birliyindən, BMT-dən təcrid olunmasını biz dəfələrlə görmüşük”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nın sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, bu gündə eyni proses yaşanır: “Hətta Ermənistana qarşı Rusiya siyasi rəhbərliyinin münasibətlərində xeyli dəyişiklik müşahidə olunur. Bütövlükdə BMT məkanında Ermənistan siyasi rejim özünü təcrid olunmuş bir formaya gətirib çıxarıb. Bütün bunlarda gözlənilən idi. Çünki son dövrlərdə küçə demokratı, qaragürüh təfəkkürü ilə hakimiyyətə gəlmiş Paşinyan kimi birisinin səhv siyasəti Ermənistanın vəziyyətini daha da ağırlaşdırıb. Söz yox ki, Paşinyan özü ciddi siyasi fiqur deyil. Paşinyan bu oyunda çox cılız bir fiqurdur. Əslində Ermənistanda baş verən siyasi proseslərdə aparıcı şəxs deyil. Artıq ABŞ siyasi rəhbərliyi öz vətəndaşlarını Ermənistana getməməyi və Ermənistanda terrorçu bir qrupun hakimiyyətdə olduğu ilə bağlı müraciət edir. Bu da çox ciddi bir bəyanat və mesajdır. Biz bütövlükdə hadisələrə münasibətdə Ermənistan rəhbərliyinin nə qədər qeyri-peşəkar mövqe tutmasını bilirdik. Bütün bunlar Ermənistanda Sarkisyan rejiminin devrildən və növbəti bir terrorçu qruplaşmanın hakimiyyətə gəlməsinin ağır nəticəsidir. Bu həm də, Ermənistanın siyasi cəhətdən iflası deməkdir. Bütövlükdə Ermənistanın diplomatiyası, beynəlxalq nüfuzu iflasa uğramaqdadır. Faktiki olaraq bu gün bir dəstə cinayətkar, terrorçu hakimiyyətdədir. Bir sözlə, Ermənistanı çox ciddi fəlakətlər gözləyir. Ermənistanda Paşinyan kimi bir adamın hakimiyyətə gəlməsi və hakimiyyəti zəbt etməsi, sərsəm bəyanatlar səsləndirməsi Ermənistanı daha da çıxılmaz vəziyyətə salacaq. Bu gün ki hakimiyyətdə olan Paşinyan rejimi bütövlükdə Paşinyan hakimiyyəti məhz terrorçu qüvvələrin əlində bir oyuncaqdır. Təkcə ABŞ-ın siyasi rəhbərliyi deyil, Rusiya dövləti də bu mövqedədir. Eyni zamanda Avropanın siyasi dairələrində də Ermənistan siyasi rəhbərliyi tamamilə öz nüfuzunu itirib və bütün bunlar daha da dərinləşəcəkdir. Bir sözlə, bütün bu məsələlər Ermənistan xalqının daha da pis vəziyyətə düşməsinə gətirib çıxaracaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə