Azərbaycan Gürcüstanda keçiriləcək forumda təmsil olunacaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Tbilisi Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumunda iştirak etmək üçün dekabrın 14-dən 17-dək Gürcüstanda səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Gürcüstan hökuməti, parlamenti və iqtisadi inkişaf üçün innovativ qrupun qlobal katibliyi ilə birgə təşkil olunan toplantıya BMT-nin maliyyələşdirmə ilə məşğul olan milli və regional təşkilatlarının üzvləri, beynəlxalq inkişaf agentliklərinin və vətəndaş cəmiyyətinin nümayəndələri qatılacaqlar.

Tədbirdə innovativ maliyyələşdirmənin təkmilləşdirilməsi, qlobal həmrəylik vergiləri və davamlı inkişaf məqsədlərinin maliyyələşdirilməsində mərkəzləşdirilməmiş məlumat bazalarının yeniləşdirilməsi məsələləri müzakirə ediləcək.

Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə