“Jamanak”: “Cavabdehliyi Ermənistan hakimiyyəti daşıyır” Qazın tarifi artır
Ermənistanın “Jamanak” nəşri yazır ki, Rusiya ilə əldə edilmiş qaz razılaşması 2018-ci ilin 31 dekabrında başa çatır. “Bizdə olan məlumata görə, hazırkı məqamda Rusiya ilə qazın qiyməti ətrafında yeni danışıqlar aparılmır və böyük ehtimalla yanvar ayının 1-dən Rusiya qazı Ermənistana daha baha qiymətə satacaq, nəticədə qaz istehlakçılarına tətbiq edilən tariflər də artacaq”, deyə erməni qəzeti yazır.
“Jamanak” Ermənistanın yeni hakimiyyətinin anti-Rusiya siyasətinin ağır nəticələrə gətirib-çıxaracağını qeyd edərək, əslində, Nikol Paşinyan iqtidarının yanlış siyasət apardığına işarə edib. SİTAT: “Ermənistan hakimiyyəti bundan sonra Rusiyanı ittiham etməyə başlayacaqlar ki, onlar erməni ictimaiyyəti barədə düşünmürlər. Lakin anlamaq lazımdır ki, real cavabdehliyi məhz Ermənistan hakimiyyəti daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə