"Paşinyanın bloku qalib gəlsə də Putin onu təbrik etmədi" ÖZƏL-RƏY

“Hazırda Rusiya-Ermənistan münasibətlərində yaşanan böhranlar öz mövcudlluğunu bu şəkildə biruzə verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində yaşanan baş katiblik böhranı. Bu böhranın ardınca MDB-yə üzv dövlətlərin qeyri-sammitində Putin tərəfindən Paşinyana göstərilən münasibət Rusiyanın Ermənistan münasibətlərindəki böhranın bariz nümunəsi idi”. Bunu SİA-ya açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, hər nə qədər seçki öncəsi Paşinyan açıqlamasında Rusiya ilə münasibətlərimiz prioritet məsələdir desə də yenə də Putinin etibarını qazana bilmir: “Ələlxüsus da Paşinyanın bloku qalib gəlsə də Putin onu təbrik etməyib. Təbii ki Putinin cavabı o olacaq ki, gözləyirdim ki, ölkənin baş naziri seçilsin hökumət formalaşsın sonra zəng edib təbrik edəcəm şəklində açıqlama olacaq. Son olaraq bu gün erməni mətbuatında Joğovurd qəzətinin yazdığına görə Rusiya Ermənistan münasibətlərindəki gərginlik qazın qiymətinin qalxmasına da təsir göstərəcək. Belə ki, dekabrın 31-də qazın qiyməti ilə bağlı müqavilənin müddəti başa çatır. Yeni müqaviləni imzalamaqda isə Rusiya tərəfi tələsmir. Hətta qazın qiymətini artırmağı belə düşündüyünə dair erməni mətbuatında məlumatlar dərc olunur.

Digər mühim bir məsələ isə Qəzaya uğramış Su 25 döyüş təyarrəsinin qara qutusu ekspertiza üçün Rusiyaya göndəriləcək olmasıdır. Erməni mətbuatında yazılan məlumata əsasən rus və erməni ekspertləri bu məsələnin araşdırılması üçün birgə əməkdaşlıq edəcəklərinə dair qərara gəliblər. Son olaraq isə əsas məsələ Rusiya 102-ci hərbi bazasının əsgəri tərəfindən qadının döyülməsidir. Bu məsələ ilə bağlı vəkil Norayr Norikyan Facebook-da xüsusilə yazmışdır. Rusiya 102-ci hərbi bazasının əsgəri erməni hüquq-mühafizə orqanlarına təhvil veriləcəkmi? O, bildirib ki, "Rusiya ilə Ermənistan arasında imzalanan 1995-1997-ci illərdəki müqavilənin 4-cü maddəsinə əsasən, Ermənistan Respublikasının ərazisində Rusiya hərbi bazasına daxil olan şəxslər tərəfindən törədilən cinayətlər Ermənistan Respublikasının səlahiyyətli orqanları tərəfindən Ermənistan qanunvericiliyinin tətbiqi ilə araşdırılır. Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən, Ermənistan Respublikasının ərazisində cinayət törətmiş şəxs Ermənistan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyır. Belə çıxır ki, ərazimizdə cinayət törədilə bilər, ancaq Ermənistanın dövləti suveren dövlət kimi cinayətkarın cinayətində cinayət məsuliyyətinə cəlb edə bilməz.

Niyə tariximizdən dərs almırıq?

Eyni zamanda, mətbuatın məlumatına görə, saxlanılan rus hərbi qulluqçusu Rusiya hərbi bazasındadır, yəni bir neçə gün ərzində Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməyib. Digər tərəfdən, Köçəryanın həbsi ilə bağlı etirazların başlaması da Rusiya tərəfinin narahatçılığı kimi qəbul edilməlidir. Onu qeyd edim ki, Köçəryan bəhanədir əsas səbəb yuxarıda bəhs olunan amillərdir. Əsasən də rus əsgərin tələb olunması məsələsi iki ölkə arasındakı böhranın yeni bir mərhələyə keçməsi deməkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə