“Azərbaycan gəncliyi ənənə ilə müasirliyin qovşağında"

Bu gün Bakıda “Azərbaycan gəncliyi ənənə ilə müasirliyin qovşağında" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, gənclər, tələbələr iştirak ediblər.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Fondun icraçı direktoru Mehman İsmayılov mövzunun əhəmiyyətinə toxunub. Bildirib ki, bu məsələ hazırda bütün dünyada aktualdır. “Belə ki, müasirlik cəmiyyətə faydalarla bərabər, müəyyən fəsadlar da gətirir. Bu fəsadları aradan qaldırmaq üçün isə bizim öz kimliyimizi, milli mənsubiyyətimizi qorumağımız lazımdır”.

Konfransda digər çıxış edənlər də mövzu ətrafında fikirlərini bölüşüblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə