“Lragir.am”: “Bu ordu ilə qələbə qazanmaq olmaz” DÜŞMƏN ETİRAFI

Ermənistan ordusu daxilində baş verən özbaşınalıq və kriminal düşmən ölkənin silahlı qüvvələrinin məhvini sürətləndirir. O cümlədən, iqtisadi tənəzzül, insanların ac-yalavac, səfil həyatları, həmçinin, bundan doğan cinayətlər də, bütövlükdə işğalçı dövlətin nə qədər ağır durumda olduğunu sübuta yetirməkdədir. SİA lragir.am-a istinadən xəbər verir ki, bir qrup hərbi qulluqçu Nikol Paşinyana əsgər yoldaşlarının anasının həbsdən azad olunması ilə bağlı qərar qəbul etməsini xahiş edən məktub ünvanlayıblar. Belə ki, həbs eidlmiş qadın öz ac uşaqlarının qarınlarını doydurmaqdan ötrü 10 min dram oğurlayıb. Hərbçilər bir ay sonra əsgər yoldaşlarının hərbi xidmətdən tərxis olunacağını qeyd edərək, onun evə dönərkən, nə anasını, nə də bacısını görə bilməyəcəyini yazıblar. “Ümumiyyətlə, heç evi də yoxdur, çünki ailə kirayədə yaşayırdı”, deyə məktubda bildirilir.

Erməni saytı yazır ki, hərbçilərin açıq məktubu və ictimai rakursda “kişi söhbətlərinin” müzakirəsi Ermənistan üçün yeni məsələdir. “Belə ki, ordu uzun illər oğru qanunları və davranışları ilə idarə olunub və nəticədə hakimiyyətlə hər hansı bir məsələni həll etmək, məktub yazmaq, yoldaşlarına görə xahiş etmək “nakişilik” hesab edilib”, deyə qeyd edilən yazıda o da bildirilir ki, belə bir ordu ilə qələbə qazanmaq olmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə