Ermənistanda inqilab yox, dövlət çevrilişi baş verib STANİSLAV TARASOV

Ermənistanın yeni hakimiyyətinin – Nikol Paşinyan iqtidarının anti-Rusiya xarakterli siyasətləri Kremlin qəzəbinə tuş gəlib və son günlər erməni lobbisinin Rusiya təmsilçiləri bu ölkəyə qarşı müxtəlif səpgili ittihamlarla çıxış edir, mövcud iqtidara tövsiyələr ünvanlayırlar. Əbəs deyil ki, bir neçə gün öncə, Konstantin Zatulinin erməni hakimiyyətini sərt tonda ittiham etməsi və Ermənistanın məhz Rusiyanın sayəsində ayaqda qaldığını xatırlatması qarşı tərəfi qıcıqlandırıb. Ermənistan mediasında ard-arda səslənən Rusiya əleyhinə çıxışlar necə deyərlər, vüsət alıb. “Ermənistanın daxili işlərinə burnunu soxma” tipli yazı və məqalələrdən də açıq-aydın görünür ki, bu ölkə özü-özünü dalana dirəyib və yalnız media vasitəsilə cavab verməyə güc tapır.

SİA xəbər verir ki, bu arada, armenianreport saytında növbəti anti-Rusiya xarakterli yazı dərc olunub və orada Rusiyanın erməni lobbisinin təmsilçiləri K.Zatulin və Stanislav Tarasov hədəfə götürülüblər. Buna səbəb isə artıq rusiyalıların tövsiyədən hədələrə keçməsidir. Xatırladaq ki, politoloq S.Tarasov da Zatulin kimi “Lazerev klubu” deyilən neoerməni təşkilatının üzvüdür və Paşinyan hakimiyyəti bu “klubu” ciddi qurum kimi saymır. Daha doğru desək, bu “klubun” üzvləri kimi Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və həbsə atılmış Robert Koçaryan da çıxış edirlər. Bu və digər məsələlərdən dolayı rus ermənipərəst siyasi dairələrinin mövcud Paşinyan hakimiyyətinin anti-Rusiya meyllərinə qarşı çıxmaları Ermənistanı necə deyərlər, çalxalamağa başladıb. Məsələn, Tarasov Ermənistanda keçirilmiş erkən parlament seçkiləri ilə bağlı deyib ki, bu seçkilərin nəticələri əldə edillmiş nəticələr və seçici iştirakı baxımından narahatlıq yaradır.

Onun sözlərinə görə, vəziyyət hətta təhlükəlidir, belə ki, inqilabçılar tərəfindən formalaşdırılmış parlament ictimaiyyət tərəfindən dəstəklənməyəcək, hərgah ölkədə ciddi islahatlara başlamasalar və s.

“Nəyə görə seçici iştirakı ağağıdır? Ona görə ki, etirazçı elektoratın bir hissəsi sadəcə, seçkilərdə iştirak etmədilər. Niyə imtina elədilər? Ona görə ki, ümidsizliklə yanaşı, bu inqilaba qarşı inamsızlıq yaranıb. Yəni bu cür iştirak mənim baxışıma görə göstərir ki, inqilab baş verməyib, sadəcə dövlət çevrilişi olub”, deyə Trasaov Paşinyan hakimiyyətinə dəyə biləcək ən sərt silləni vurub.

Ermənilər Tarasovun bu fikirlərinə qarşı belə bir iddia irəli sürdüklərinə görə, Vladimir Putin siyasi çevrələrdə Nikol Pşainyanla rastlaşanda demə dövlət çevrilişi edənlə görüşüb və s. Yəni ermənilər bu məsələyə ciddi deyil, qeyri-ciddi yanaşıblar. Ancaq unudublar ki, Kremlin sayəsində xəritədən silinməyən Ermənistan Rusiyanın bir zərbəsinə bənddir ki, fiziki və siyasi cəhətdən məhv olsun.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə