Ermənistanın yeni hakimiyyəti kriminallarla sıx əməkdaşlıq edir "JAMAMAK"

Ermənistanın “Jamanak” qəzetinin yazdığına görə, ölkənin yeni hakimiyyəti artıq kriminal avtoritetlərlə sıx əlaqələr qurmağa və əməkdaşlıq etməyə başlayıb. SİA adıçəkilən erməni qəzetinə istinadən xəbər verir ki, məhz bu əməkdaşlığın nəticəsidir ki, Çexiyada eks-prezident Serj Sarkisyanın yaxın qohumu Narek Sarkisyan axtarışa verilərək tutulub.

“Polisin Narek Sarkisyanın tutulması üçün müxtəlif polis bölmələri, İnterpolun Ermənistandakı milli bürosu və müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlığı barədə rəsmi məlumatına baxmayaraq, bizim əldə etdiyimiz məlumata görə, onun (Narek Sarkisyanın) yerini uzun illər Çexiyada kriminal fəaliyyət göstərən və “Zap” ləqəbi daşıyan Andranik Soqoyan adlı kriminal avtoritet deyib”, qeyd edən erməni nəşri onun Çexiyanın hüquq-mühafizə orqanlarından məhz Ermənistanda gizləndiyini də xatırladıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə