İsmayıllıda Ümummilli Liderin anım gününə həsr olunmuş tədbir keçirilib

YAP İsmayıllı rayon təşkilatı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev Azərbaycan regionlarının sürətli və davamlı sosial-iqtisadi inkişafının banisidir" mövzusunda "Heydər Əliyev idarəetmə məktəbi"nin növbəti məşğələsi keçirilib.

Tədbiri giriş nitqi ilə YAP İsmayıllı rayon təşkilatının sədri, RİH başçısının müavini Sevil Əhmədova açıb. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Onun həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.

Mövzu ilə əlaqədar İsmayıllı şəhər 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədov məruzə edib. "İsmayıllı Heydər Əliyev ideyalarının təntənəsidir" mövzusunda Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Heydər Əliyevin regional inkişaf strategiyasının davamıdır" mövzusunda şəhər 1 saylı tam orta məktəbin müəllimi Bahar Abdullayeva və "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda Soltankənd tam orta məktəbinin gənc müəllimi Pərviz Məhərrəmov çıxış ediblər.

Tədbirdə çıxış edən İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi və regional inkişaf konsepsiyasından, onun bu gün verdiyi bəhrələrdən, həmin konsepsiyanın Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilməsindən ətraflı danışıb: "Azərbaycan dövlətçiliyinin tarixində böyük şəxsiyyətlər çox olub. Hər biri xalqın taleyinin bu və ya digər istiqamətində həlledici rol oynayıb, vətəni qoruyub, düşmənə layiqli cavab verib, milli və ya siyasi lider kimi tanınıb. Yalnız Ümummilli Liderimiz, xilaskarımız, dövlətçiliyimizin qarantı, müstəqilliyimizin əbədiliyinin banisi Ulu Öndər Heydər Əliyev yenilməz, dönməz rəhbər olmuş, siyasi liderliklə milli liderliyi ulu şəxsiyyətində

birləşdirmişdir. Bu liderlik vəhdəti Azərbaycana səadət, xoşbəxtlik, yüksəliş, ümumxalq, ümumregion və ümumdünya nüfuzu gətirmişdir".

Sonda Ulu Öndərə, Onun xatirəsinə həsr olunmuş şeirlər, Onun bəyəndiyi həzin mahnılar səslənib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə