Avropa Parlamenti Bolqarıstan və Rumıniyanın Şengen zonasına qoşulmasını dəstəkləyib

Avropa Parlamenti Bolqarıstan və Rumıniyanın Şengen zonasına dərhal qəbul olunmasının lehinə səs verib. “Report” Moldova KİV-inə istinadən xəbər verir ki, qərar 514 səslə (107səs əleyhinə) qəbul edilib. Parlamentin illik hesabatına görə, hər iki ölkə Avropanın vizasız məkanına qoşulmaq üçün zəruri texniki şərtləri yerinə yetirib. Son qərarı Avropa İttifaqı Şurası verəcək.

Xatırladaq ki, pasport və sərhəd nəzarətinin ləğv olunduğu Şengen zonası 26 ölkəni əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə