Qusarda Ümummilli Liderin anım günü ilə əlaqədar tədbir keçirilib

Bu gün YAP Qusar rayon təşkilatı Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi üzərinə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı böyük xidmətlərdən danışıb. Ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlərin Dahi Şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu bildirib. Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, Onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsi olaraq, bu gün qədirbilən xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, ən başlıcası isə, siyasi və iqtisadi müstəqilliyə nail olunub.

Tədbirdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Fidan Kazımzadə "Sən elə bir zirvəsən", YAP üzvü Lalə Sadirova isə "Əbədiyaşar lider" mövzusunda çıxış ediblər.

Tədbirin sonunda Ümummilli Liderə həsr olunmuş videomateriallar nümayiş olunub.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə