Ermənilər Zatulini də düşmən elan etdilər ANALITIK

Nikol Paşinyan iqtidarının anti-Rusiya siyasəti növbəti qarşıdurmalara tərəf istiqamət alıb

Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyan iqtidarının anti-Rusiya xarakterli baxışları artıq siyasi çevrlərdə geniş müzakirələrə çıxmaqdadır. Hətta bu məsələyə uzun illər ermənilərdən yana çıxış etmiş Rusiya Dimasının deputatı Konstantin Zatulun də qarışıb. O, “Komsomolskaya pravda” qəzetində Ermənistanın mövcud hakimiyyətini necə deyərlər, “yıxıb-sürüyüb”. Bu isə ermənilərin olmayan şərəflərinə dəyib və dərhal onları uzun illər himayə etmiş rus deputat “Kremlik iti” adalandırılıb.

“Ermənistanda köhnə rejim çökən kimi, yeni hakimiyyət Rusiyanın satılmış deputatını bundan sonra da yedirtməyi rədd etdi və qarşı tərəfdə dərhal inciklik yarandı ki, o,bu incikliyini ictimailəşdirməklə nümayiş etdirdi”.

Ermənilər gözlərini açsınlar

SİA xəbər verir ki, bu barədə armenianreport-un siyasi təhlilçisi Tevos Arşakyan Rusiya Federasiyasının deputatı Konstantin Zatulinin “Komsomolskaya pravda” qəzetində Ermənistanın yeni hakimiyyətinə qarşı çıxışına cavab olaraq yazıb. “Bəlli olduğu kimi, siyasətdə dostlar olmur, ümumi maraqlar olur”, fkkrini irəli sürən Arşakyan xatırladıb ki, tarixdə dünənki dostların sonradan düşmənlərə çevrilməsi faktları kifayət qədərdir. “Xüsusilə, əgər bu münasibətlərin kökündə bir tərəfdə dünyanın idarə olunmasında iddialı olan böyük dövlət, digər tərəfində isə böyük pullar dayanır”, qeyd edən erməni müəllif Zatulinlə bağlı fikirlərini bu cür ifadə edib: “Nəyə görə bunu deyirəm? Ona görə deyirəm ki, uzun illər özünü erməni xalqının və “dövlətlərinin” (burada “DQR”i də nəzərdə tutur-R.N.) dostu kimi təqdim edənlə bağlı bəzi həmvətənlərimin gözləri açılsın. Söhbət, Rusiya Federasiyasının Dövlət dumasının deputatı Konstantin Zatulindən gedir, hansı ki, “Komsomolskaya pravda” qəzetinə sözün həqiqi mənasında, həyasızcasına müsahibə verərək, Ermənistana, onun xalqına və yeni hakimiyyətinə dərs keçməyə çalışaraq, “Ana Rusiyanı” əsəbiləşdirməməyin yollarını göstərib”.

Qeyd edək ki, daim Azərbaycan əleyhinə düşmənçilik çıxışları ilə yadda qalan, ermənilərin işğalçılıq siyasətlərini açıq-aşkar dəstəkləyən, öncəki hakimiyyətlərlə sıx münasibətdə olan Zatulin artıq Ermənistanın yeni hakimiyyətinin də düşməninə çevrilib. Bu faktor isə söz yox ki, Nikol Paşinyanın anti-Rusiya xarakterli siyasəti ilə əlaqələndirilir.

Konstantin Zatulin: “Deyirlər ki, əməkdaşlığı möhkəmləndirmək və Rusiyanın investisiyalarına nail olmaq lazımdır və digər tərəfdən “Qazproma” qarşı cinayət işi açırlar”

Beləliklə, rus deputat “Komsomolskaya pravda”ya müsahibəsində deyib. SİTAT: “Artıq mən, daha çox anlamağa başlamışam ki, Paşinyanın sözləri ilə əməlləri arasında ciddi fərqliliklər yaranıb. Onlar deyirlər ki, eus-erməni münasibətləri indiki qədər yaxşı olmayıb və bununla yanaşı, Ermənistanda fəaliyyət göstərən “Rusiya dəmir yolları”na qarşı araşdırmalara əl atırlar. Deyirlər ki, əməkdaşlığı möhkəmləndirmək və Rusiyanın investisiyalarına nail olmaq lazımdır və digər tərəfdən “Qazproma” qarşı cinayət işi açırlar”.

Rus deputat: “Biz qələbə qazanmış inqilabçılar tərəfindən həyata keçirilən siyasi motivli təqibləri kifayət qədər neqativ qiymətləndiririk”

Zatulin KTMT məsələsinə də toxunub: “Xaçaturova qarşı cinayət işi açılıb və o baş katiblik postundan geri çağırıb. Bu isə onunla bağlı çox vulqar və ictimai polemikaya səbəb oldu ki, həmin məsələ kimsəyə şərəf gətirmir, eləcə də bu qurumda olan iştirakçı ölkələr arasında inam mühitinə zərər vurur. Sözsüz ki, biz qələbə qazanmış inqilabçılar tərəfindən həyata keçirilən siyasi motivli təqibləri kifayət qədər neqativ qiymətləndiririk...Və əgər siz KTMT çərçivəsində öhdəliklər götürmüsünüzsə, bu zaman arzu etdiyiniz hərbi texnikanı yadlardan almamışdan öncə, bu barədə dəfələrlə düşünməlisiniz, halbuki, Rusiya sizə bu texnikanı faktiki olaraq havayı təqdim edir”.

Tevos Arşakyan: “Zatulin heç vaxt nə bizim ölkəmizin, nə də erməni xalqının dostu olmayıb”

RF deputatının məhz bu fikirləri erməniləri özündən çıxarıb və mövcud yazıdan da göründüyü kimi, erməni müəllif anti-Rusiya siyasətinə köklənərək, guya Zatulinin maskasının yırtıldığını sübut etməyə çalışıb. Hansı ki, Zatulin elə indinin özündə də açıq-aşkar erməniçilik xarakterindən çıxış edərək, erməni maskasını üzərində saxlayır və sadəcə, Nikol Paşinyanı Rusiya əleyhinə çıxış etməkdən çəkindirməyə çalışıb. Çünki Ermənistan həm də onun yaxşı və asan qazanc yeridir. Ümumiyyətlə, Zatulinin Ermənistanın yeni hakimiyyətinə qarşı aqressiv ifadələri onun bu qazancını itirmək istəməməsi ilə də əlaqələndirilə bilər. Əbəs deyil ki, T.Arşakyan adlı müəllif sözügedən məqaləsində yazaraq qeyd edir: “Zatulin heç vaxt nə bizim ölkəmizin, nə də erməni xalqının dostu olmayıb. O, Ermənistanın korrupsiyalaşmış oliqarx sistemini əli ilə yedirdən imperiya Rusiyasının nümayəndəsidir. Özü də pis yeməyib. Onun bütün səfərləri, ermənilərdən yana çıxışları əvvəlcə Koçaryan, sonra isə Sarkisyan tərəfindən artıqlaması ilə mükafatlandırılıb. Burada nala-mıxa döyəcləməyə də ehtiyac yoxdur. Çünki onun Soçidən Dövlət dumasına seçilməsi xərclərini və dəstəklənməsini bizim Krasnodardakı diasporamız təşkil edib”

“Ermənistandakı rejim çökəndə və yeni hakimiyyət rusiyalı deputatı bundan sonra da yedirtmək məsələsindən imtina edəndə o, nümayişkəranə şəkildə bundan qəzəbləndi”, deyə yazan erməni siyasi şərhçi Zatulinin Kremldə Paşinyana qarşı hansı münasibətinin göstərilməsini vaxtında tutdu: “Yox, əgər Paşinyan kişi görkəmində olan bu fahişəni saxlamağa razı olsaydı, çətin ki, o hazırkı sərt fikirlərini işlədərdi. Ancaq Paşinyan ona pul xərcləmək istəmir...”

Erməni müəllif: “Kremlin iti heç vaxt ermənilərin səmimi dostu ola bilməz”

“Bax, Erməniastan necə pis ölkədir, çünki amerikalıların silahlarına nəzər salır”, deyə Zatulinin baxışlarını təsəvvür edən erməni şərhçi uzun illər onların işğalçılıq maraqlarından çıxış edən rus deputatı təhqir də edib: “Axı sənin kimi itin nə işinə qalıb..? Hansı səbəbdən dolayı biz səndən soruşmalıyıq ki, nəyi alaq, yaxud nəyi almayaq? Axı sən bildiyimiz qədər Rusiyanın Soçi şəhərindən deputatsan, Ermənistandan deyilsən ki, belə məsələlər səni narahat etsin...Ən acınacaqlısı da budur ki, bizim cəmiyyətdə hələ də Zatulini özünə dost sayanlar var. Yox cənablar, bu belə d eyil. O heç vaxt bizə dost olmayıb. Sadəcə o həmin vaxtlar dost olub ki, Ermənistan və “Artsax” məsələlərində öncəki hakimiyyətlər ona yaxşı baxıblar və o, rejimin verdiyi payla yaşayıb. İndi isə o hər kəsə imperiya baxışlarını nümayiş etdirərək, “Komsomolskaya pravda”da Ermənistan əleyhinə çxışlar edir. Kremlin iti heç vaxt ermənilərin səmimi dostu ola bilməz. Ən azından, mənə belə dost lazım deyil” .

Göründüyü kimi, Nikol Paşinyana yaxınlığı ilə seçilən KİV-lər artıq anti-Rusiya xarakterli çıxışlarını daha da sərtləşdiriblər və bu amil söz yox ki, uzun illər Ermənistana himayədarlıq etmiş, iqtisadi və hərbi məsələlərdə davamlı yardımlar göstərmiş Kremli çox bərk qəzəbləndirəcək. Bəli, Konstantin Zatulin heç bizə də - azərbaycanlılara da dost deyil, hətta erməni qədər də düşməndir. Ancaq ermənilərin Zatulinə qarşı çıxmaları hər halda, bu ölkədəki acınacaqlı və böhranlı proseslərə öz təsirini göstərəcək. Zatulin Zatulin olsa da, erməni də ermənidir...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə