“Makron sən məğlub oldun, gənclər küçələrdədir” NÖVBƏTİ AKSİYA

Fransız məktəblilərinin növbəti etiraz aksiyası Parisin San-Mişel meydanında keçirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, gənc və yeniyetməlilər özləri ilə etiraz aksiyasına üzərində “Hər yerdə polis, heç yerdə ədalət”, “Təhsil müəssisələrində gənclərin sayını azalda bilməzsiniz, ancaq təhsil müəssisələrində yerlərin sayını artıra bilərsiniz” yazılan müxtəlif plakatlar və şəkillər gətiriblər.

Hazırda aksiyanın yüksək-əhval ruhiyyədə keçdiyi, hətta gənclərin müxtəlif “Küçə bizimdir”, “Makron sən məğlub oldun, gənclər küçələrdədir” kimi şüarlar səsləndirdiyi, müxtəlif mahnılar oxuduqları deyilir.

Xatırladaq ki, tələbə və məktəblilərin etiraz aksiyaları ötən həftədən başlayaraq davam edir. Tələbələr ali təhsil müəssisələrinə qəbul imtahanlarını çətinləşdirən və xarici tələbələr üçün təhsil haqlarının əhəmiyyətli artımına qarşı olan təhsil islahatlarına qarşı çıxırlar.

Gənclər Fransada baş verən geniş miqyaslı sosial böhran fonunda etiraz edirlər. Noyabrın 17-dən Fransada “Sarı jilet”lilər tərəfindən etiraz aksiyaları keçirilir.

Kütləvi aksiyalar nümayişçilərin polislə qarşılaşması, avtomobillərin yandırılması, dükan və bankların məhv edilməsi ilə müşayiət olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə