“Fransa hakimiyyəti sakitliyi pulla alır” MÖVQE

Beynəlxalq ekspert Vladimir Bruter Fransa prezidenti Emmanuel Makronun ölkə əhalisinə verdiyi vədlərdən sonra baş verəcəkləri proqnozlaşdırıb. SİA-nın xəbərinə görə, ekspert deyib: “Makron əhaliyə pullu vədlər verərək, ölkədə sakitliyi almaq və etirazları dayandırmaq istəyir. Lakin sual olunur bu ona kömək edəcəkmi? Pullu vədlər müəyyən qədər etirazlara məhdudiyyət qoya bilər. Amma bu, prezidentə populyarlıq gətirməyəcək”.

Bruter qeyd edib ki, Fransa prezidentinin il yarım ərzində həyata keçirdiyi iqtisadi siyasətdən imtina etməsi, onun bu siyasətinin başlanğıcdan qüsurlu olduğunu göstərir: “Burada hökumətin və prezidentin qüsurları açıq-aşkar görünür. Bu insanlar demokratiyaya zidd qeyri-ictimai siyasi texnologiyalar vasitəsilə hakimiyyətə gəlib. Onlar ciddi problemlərlə üzləşdikləri andan sonra aydın olur ki, Fransa hakimiyyəti bu problemləri necə həll ediləcəyini bilmir”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Fransada noyabrın 17-dən etibarən benzinin qiymətinin qalxmasını ilə əlaqədar etiraz aksiyaları keçirilir. Fransa prezidenti xalqa müraciət edərək ölkədə iqtisadi fövqəladə vəziyyət elan edib. Fransa prezidenti minimum yaşayış həddinin artırılması, aşağı pensiya alanlar və digərlərindən ilik vergi ilə bağlı güzəştlərin ediləcəyini açıqlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə