“Biz Azərbaycanın gələcəyini günəş kimi parlaq görürük” ÖZƏL-MÜNASİBƏT

“Ümummilli Lider Heydər Əliyevin dekabrın 12-də vəfatının 15-ci ildönümüdür. Ulu Öndər haqqında günlərlə, aylarla, illərlə danışsaq da bitməz. Azərbaycanın memarı, qurucusu və xalqımızı dünyada tanıtdıran və eyni zamanda Azərbaycan xalqını bir azərbaycanlı olaraq dünyada özünü tanıtmasını insanlara bildirdi və dərk etdirdi”. Bunu SİA-ya açıqlamasında YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva deyib.

Onun sözlərinə görə, Ümummilli Lider bizim canımızda, qanımızda, şüurumuzda yaşayır: “Biz hər addımımızda Ulu Öndər Heydər Əliyevi görürük və onun yaratdığı, bizlər üçün qoyduğu işləri görürük. Bu danılmaz bir faktdır. Ulu Öndəri biz tək sabah yox, hər gün anırıq. Biz Heydər Əliyevin ideyalarını dəstəkləyirik. Eləcə də biz Ulu Öndərin ideyalarını bugünkü günümüzdə çox böyük uğurla dəstəkləyən və aparan cənab Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dəstəkləyirik. Çünki bu gün Ümummilli Lider Heydər Əliyevin qoyduğu bütün ideyaları Azərbaycanın quruculuğuna, fərəhlənməsinə yönəltdiyi bütün işlərin çox uğurlu aparıcısı cənab Prezident İlham Əliyevin yanındayıq və ona arxalanırıq. Biz Azərbaycanın gələcəyini günəş kimi parlaq görürük”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə