“Ermənistanda ədalətli, demokratik seçkilər keçirmək qeyri-mümkündür" - ŞƏRH - ÖZƏL-SƏS TV

“Ermənistanda seçkilər həmişə saxta keçirilib. Yəni işğalçı ölkə müstəqillik əldə etdikdən sonra da orada azad, ədalətli və demokratik seçkilər keçirilməyib. Təəssüflər olsun ki, buna baxmayaraq bəzi Avropa strukturları gah susurlar, gah da orada keçirilən ədalətsiz seçkiləri ədalətli seçkilər kimi qiymətləndirirlər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov deyib.

“Əgər xatırlayırsınızsa, vaxtilə Ermənistanda seçkilər prosesində insanlar kütləvi şəkildə güllələnirdi, öldürülürdü və ikili pasportla səsvermə həyata keçirilirdi. Ermənistanda keçirilən parlament seçkilərdə bildirilib ki, seçkilərdə 2 milyon 600 min seçici iştirak edib. Halbuki Ermənistanın rəsmi statistikasının verdiyi məlumata görə, bu ölkədə yaşayanların sayı 2 milyon 900 mindir. Bəs belə olan halda, bu qədər seçici haradan çıxdı? O baxımdan hesab edirəm ki, burada seçkilər saxta keçib və sui-istifadə hallarına yol verilib. Müxtəlif insanların sıxışdırılması, həbs olunması, təzyiqlərə məruz qalması açıq aydın ortada idi. Ermənistanda keçirilən seçkilər bir daha göstərdi ki, burada azad, ədalətli, demokratik seçkilər keçirmək qeyri-mümkündür. Əfsuslar olsun ki, yenə də Qərb, Avropa strukturları bu məsələdə susurlar və öz mövqelərini ortaya qoymurlar”, - deyə, YAP İcra katibinin müavini fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə