“Mənim addımım” blokunda gərginlik QARŞIDURMA

“Mənim addımım” seçki blokunda təmsil olunanların bir-birlərinə qarşı dözümsüzlükləri artmağa başlayıb. SİA xəbər verir ki, bu barədə Ermənistanın “İrates” nəşri yazır.

Erməni nəşrinə görə, bu ziddiyyətlər reytinqli namizədlər arasında baş qaldırıb. “Bir-birlərindən səs oğurlayaraq, deputat olanlarla olmayanlar arasındakı münasibətlər düşmənçilik həddinə çatıb və bu, bütövlükdə “Vətəndaş sazişi” partiyasına deyil, “Mənim addımım” parlament fraksiyasına təhlükə yaradır”, adıçəkilən nəşr qeyd edir.

Bildirilir ki, rıçaqları olan vəzifəli namizədlər öz administrativ səlahiyyətlərindən amansızcasına istifadə etsələr də vaxtilə hökumət işləri ilə məşğul olmuş Gevorq Açemyan kimiləri susmayacaqlar.

“Siyahının son nəticələrini və kimin nominal olaraq, parlamentə daxil olacağını gözləyirik, məhz bundan sonra bizim hansı hərəkət edəcəyimiz məlum olacaq”, deyə Açemyan qarşıdurmaların daha da şiddətlənə biləcəyini istisna etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə