"Xalqın qəlbində Heydər Əliyevin xatirəsinə hörmət və ehtiram daima olacaq" YAP-ın Sədr müavini - SƏS TV

“Azərbaycan vətəndaşları Ümummilli Lider Heydər Əliyevin anım gününü qeyd etməklə onun xatirəsinə olan böyük hörmətini ifadə edir. Xalqımız Ulu Öndərin Azərbaycan dövləti və millətimiz qarşısındakı xidmətlərini bu anım günü ilə qeyd edir, ona hörmət və ehtiramını bildirir”. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

“Hesab edirəm ki, Azərbaycan xalqı nə qədər yaşayacaqsa, onun qəlbində Heydər Əliyevin xatirəsinə hörmət və ehtiram daima olacaq. Güman edirəm ki, bunu vaxtikən Heydər Əliyev özü də duyurdu və deyirdi ki, “Nə qədər Azərbaycan var və mən də olacağam”. Bu sözlərdə böyük bir həqiqət var. Hər dəfə Ümummilli Liderin dekabr ayının 11-12-də Azərbaycan xalqı tərəfindən belə anılması bu sözlərdəki müdrikcəsinə həqiqəti bir daha ifadə edir”, - deyə, YAP İcra katibi bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə