Merkel Paşinyanın anti-Rusiya siyasətini dəstəkləyir

Almaniya Federativ Respublikasının kansleri Angela Merkel Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı lideri olduğu “Mənim addımım” blokunun növbədənkənar parlament seçkilərində qazandığı qələbə münasibəti ilə təbrik edərkən, ilginc məqamlara toxunub. SİA xəbər verir ki, Bundestaqın rəsmi saytında dərc edilən təbrikdə Merkel bəyan edib ki, Almaniya Ermənistanda sülh yolu ilə hakimiyyət dəyişikliyini böyük maraqla izləyib və ölkədə islahatların aparılmasında əməkdaşlıq etmək məqsədindədir.

Lakin bununla yanaşı, alman kansleri Paşinyanın anti-Rusiya siyasətinə eyham vuraraq, onu bu istiqamətdə daha ardıcıl hərəkət etməyə çağırış edib. “Həmçinin, Yerevana səfərim zamanı münasibətlərin dərinləşməsi istiqamətində əldə edilmiş razılaşmaları bir daha təsdiq etmək istəyirəm”, qeyd edən Merkel yaxın zamanlarda Paşinyanla yenidən görüşmək istəyində olduğunu çatdırıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə