Koçaryanın vəkili Azərbaycan dilində danışdı VİDEO

KİV-lərin Ermənistanın sabiq prezidenti Robert Koçaryanın taleyinin necə olacağı ilə bağlı suallarına cavab olaraq, onun vəkili Ruben Saakyan Azərbaycan dilində danışıb. SİA Vestnik Kafkaza informasiya agentliyinə istinadən xəbər verir ki, jurnalistin onu təqib edərək, ardıcıl şəkildə “Robert Koçaryan nə zaman həbs olunacaq?” sualına vəkil Azərbaycan dilində “bilmirəm” deyib. Onun bu davranışı sosial şəbəkələrdə maraqla qarşılanıb. Videoya aşağıdakı linkdən baxa bilərsiniz:

http://vestikavkaza.ru/news/Ruben-Saakyan-rasskazal-o-sudbe-Roberta-Kocharyana-po-azerbaydzhanski.html

Bütün xəbərlər Facebook səhifəmizdə