“Heydər Əliyev və Gənclər siyasəti” - TƏDBİR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” mövzusunda geniş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri açılış nitqi ilə YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov açaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdi: “Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ulu Öndərin danılmaz əməyi, misilsiz xidmətləri var. Ümummilli Liderin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir”.

Sonra YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvləri Rəfail Quliyev, Səbinə Hüseyinli, Nübar Abaslı, Seyidməmməd Məmmədzadə, Coşqun Şalyarov və Könül Əhmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısından, Onun yolunu inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə