Paşinyan seçkilərə Sarkisyan dövrünün saxta siyahıları ilə gedib

Ermənistanın siyasi arenasında misli görünməmiş biabırçılıq baş verib. SİA-nın əldə etdiyi məlumata görə, Baş nazirin səlahiyyətlərini icra edən, seçkiöncəsi bütün rəqiblərini siyasi səhnədən vurub atan Nikol Paşınyanın qardaşı oğlu, qaynı, dostu və həkimi, bərbəri parlamentə üzv seçiliblər.

Ermənistanın yeni parlamentində hətta törətdiyi cinayət üzündən haqqında məhkəmə prosesi davam edən iki nəfər də var.

Nəticələrə görə seçkidə adları seçici siyahısında olanların 50 %-dən azı səs verib. Sarkisyanın seçki fokusları nəticəsində seçici sayı süni artırılmışdı, bunun üçün xaricə köçənləri, orada yaşayanları seçici kimi siyahıda
saxlayırdılar. Ermənistanın əhalisi 2018-ci ilin iyul ayının 1-nə (yəni, yeni hökumətin hesablamalarına görə) 2 mln. 969 min 800 nəfərdir. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə ölkədə, güya 2 mln. 592 min 481 nəfər seçici var. Adi məntiqə görə, 2,9 mln. əhalisi olan ölkədə 2,6 mln. seçici, yaşı 18-dən aşağı cəmi 300 min nəfər ola bilməz.

Demək, Paşinyan seçkilərə Sarkisyan dövrünün saxta siyahıları ilə gedib. 100 minlərlə "seçici" şişirtməsi var. Seçki bu şişirtmə (pripiska) sayəsində qazanlıb.

Bütün xəbərlər Facebook səhifəmizdə