Ərdoğan Qərb ölkələrinin ikili standartlar siyasətini pisləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin ikili standartlar siyasətini pisləyib. Bu barədə SİA "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Qərbdə, Türkiyədə baş verən etirazlarla bağlı ajiotaj yaradırdılar. Ancaq Fransadakı etirazlara gəldikdə tamamilə fərqli bir yanaşma nümayiş olunur. Fransada baş verənlərə göz yumurlar"-deyə, Ərdoğan, Dünya İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdəki çıxışında bildirib.

Prezidentin sözlərinə görə, Türkiyəni milyonlarla qaçqın üçün sərhədləri açmağa çağıran ölkələr, özləri bu qaçqınlaırn önünə divarlar hörür.

"Sərhədlər boyu divarlar tikilir, tikanları məftillərdən baryerlər qurulur. Bu vəziyyətdə insan hüquqları müdafiəçisi kimdir? Türkiyə və ya bu ölkələr?", Ərdoğan deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə