“Paşinyan Sarkisyanın yolunu davam etdirir və həm də kobud formada” AÇIQLAMA

“Ermənistan tamamilə formasını itirmiş bir dövlətdir”. Bunu SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.

Onun sözlərinə görə, yəni orda bu proseslərin bundan da ağır forması gözlənilir: “Ermənistanda baş verməsi, vətəndaş qarşıdurmasının yaranması qaçılmazdır. Artıq Ermənistanda ki, bu proseslərə təəccüblənməyə dəyməz. Çünki Koçaryan-Sarkisyan rejimi ölkəni bəlaya gətirib çıxarıblar. Bu da onların qurduğu rejimin sonluğudur. Ona görə də, Ermənistanda seçki pozuntusu ümumiyyətlə, seçkilərin formal olmasına heç təəccüblənmirəm. Təbii ki, Ermənistanda ki, seçkilərin özü formal xarakter daşıyıb. Əsas Ermənistanın tutduğu yoldur. O yolda xarabdır. Bildiyiniz kimi, Paşinyan Sarkisyan yolunu davam etdirir və özü də kobud formada. Ona görə də, Ermənistandan nə isə ağılkəsən bir şey və ya ağıllı, məntiqli gələcək görmürəm. Qarabağ kartı, Qarabağ klanı üzərində siyasətə gəlmiş bu iki mənfur şəxsiyyətsiz-Koçaryan-Sarkisyan cütlüyü Ermənistanın mövcudluğuna son qoydular. Paşinyan isə indi onu konstruksiya eləməyə çalışır ki, Ermənistanı vəziyyətdən çıxarsın. Ancaq bacarmayacaq. Çünki Paşinyan küçə təfəkkürlü, küçədən hakimiyyətə gəlmiş, siyasi cəhətdən savadsız və naşı bir şəxsdir. O kardinal və radikal formada öz ölkəsinin əhalisini Qarabağ məsələsində düzgün məntiqə yönəltməyə çalışmalıdır. Eləməsə Ermənistanı vəziyyətdən çıxarda bilməyəcək. Bu isə son nəticədə Ermənistanın tamamilə fiaskoya uğramasına gətirib çıxardacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə