“Seçkilər Koçaryan-Sarkisyan cütlüyünü tamamilə tarixin arxivinə atdı” AÇIQLAMA
“Ermənistanda parlament seçkili çox passiv keçdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bununla həm də, insanların ümumiyyətlə siyasi hakimiyyətdən bezdiyinin şahidi olduq: “Siyasətdə tez-tez baş verən kataklizmlər Ermənistan cəmiyyətini bezdirib. Hansısa bir problemin həllinə hakimiyyət dəyişikliyinin bir fayda verəcəyini düşünmürlər. Ona görə də, bu məsələ ciddi sosioloji təhlil tələb edən bir məsələdir ki, bunun səbəbləri daha çox nədir. Amma bütün hallarda bu seçkinin keçirilməsi və hərbiləşmiş klanın hakimiyyətdən getməsi müəyyən dərəcədə yeni kursun izlənməsinə imkan yarada bilər. Hər halda bunu yaxın gələcək göstərəcək. Əgər Paşinyan da öz xələfləri kimi müharibə ritorikası üzərində siyasət aparacaqsa, bu Ermənistana böyük faciələr yaşadacaq, əgər ağıllanaraq daha sağlam və müəyyən müasir dünyanın tələblərinə uyğun demokratik düşüncəyə az çox meyl eləsə, bölgədə düşmən kəsildiyi dövlətlərlə münasibətləri bərpa etmək imkanı yarana bilər. Diqqət çəkən məqamlardan biri də, odur ki. bu seçkilər Koçaryan-Sarkisyan cütlüyünü tamamilə tarixin arxivinə atdı. Təsəvvür edin ki, hakimiyyət liderini tuturlar 100 adam çıxıb, onu məhkəmə qarşısında müdafiə edə bilmir, ciddi məsələdir. Ona görə də, burda indi arxivə atmaq deyəndə, onlar olmayacaq yerinə başqa bir müharibə havasını daşıyan erməni çıxacaqdır. Amma bu yaxın gələcəkdə, keçmiş hakimiyyətin resurslarının necə ortadan qalxdığını göstərən bir amildir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə