"Respublikaçılar Partiyası ağır zərbə alaraq parlamentə buraxılmadı" ÖZƏL-MÜNASİBƏT

“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri gözlənilən idi. “Məxməri inqilab” sahəsində hakimiyyəti faktiki olaraq ələ keçirən Paşinyan düşünülmüş ssenari nəticəsində hakimiyyət zirvəsinə yüksəlişini leqallaşdırdı. İdarə etdiyi kütlənin təzyiqi vasitəsilə Paşinyan hakimiyyəti de-fakto ələ keçirən kimi çox yaxın müddətə yeni seçkilərin tarixini elan etdi. Seytnot vəziyyətinə düşünən hakim klan isə toparlanmağa macal tapmadı. Bunun ardınca palamentdə çoxluq təşkil edən Respublikaçılar Partiyasının deputatlarına və məmur heyyətinə və hətta onların ailə üzvlərinə qarşı ciddi basqılar etməyə başladı”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, 2008-ci ilin mart ayında baş vermiş məlum hadisələrə görə eks-prezident Koçaryanın həbsi, KTMT-nin keçici rəhbəri Xaçaturyan və müdafiə naziri Mikael Arutunyana qarşı qaldırılan cinayət işləri təzyiq vasitəsi idi. Koçaryan Rusiyanın təzyiqi ilə azadlığa çıxsa da onun haqqında cinayət işinə xitam verilməyib və özünü sözəbaxan aparmayacağı təqdirdə onun həbsi yenidən reallaşa bilər. Xaçaturov zaminə buraxılsa da Arutunyan ölkə hüdudlarındn kənarda gizlənir.

Seçkilərin ilkin nəticələrinə görə Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku səslərin 70 faizini qazanaraq siyasi rəqiblərinə heç bir şans buraxmadı. Koçaryan-Sarkisyan cütlüyünün siyasi məhsulu olan Respublikaçılar Partiyası ağır zərbə alaraq parlamentə buraxılmadılar. Onlar parlametdə təmsil olunmaq üçün lazım olan səslərin 5 % -ni yığa bilmədikləri üçün oyundan kənar vəziyyətə düşdülər. Bundan sonra bu partiyanın siyasi perspektivi bitmiş hesab oluna bilər. Bu partiya keçmiş SSRİ-ini kommunist partiyasının taleyini yaşayacaq.

Sanki Serj Sarkisyan Paşinyanın güclü baş nazir olması üçün çalışırmış. Özünün baş nazir olacağını və bu vəzifədə hələ uzun müddət qalacağını ehtimal edən Sarkisyan parlamentli idarəçilik sisteminə keçmək üçün qanunları qəbul edərkən geniş səlahiyyətli bir baş nazir düşünmüşdü. İndi isə bu səlahiyyətlərin Paşinyanın əlində olmaqla “Qarabağ klanın”cəzalanması maşınına çeviriləcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə