Arzu Nağıyev: "Ermənistanda insanlar hakimiyyətə inanmır" MÖVQE-ÖZƏL

“Küçələrə axışan kütlənin təzyiqi İlə oxlokratik rejim qurmuş Paşinyan öz hakimiyyətinə legitimlik qazandıra bilmədi. Hətta ciddi saxtalaşdırmalardan, inzibati resurslardan sui-istifadədən sonra açıqlanan rəqəmlərə görə, seçkiyə qatılanların 30-35 faizi Paşinyan komandasına səs verib, bundan daha artıq saxtalaşdırmalar etmək mümkün olmayıb”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Ermənistanda insanlar hakimiyyətə inanmadığını deyən siyasi şərhçi söyləyib ki, ötən gün keçirilən seçkilərdə əhalinin passiv iştirakı bunu deməyə əsas verir: “Səsvermə prosesində kütləvi qanun pozuntuları baş verdi. Bir sıra seçki məntəqələrində, ümumiyyətlə, Paşinyanın bloku ilə bağlı bülletenlər paylanmadı. Məhz buna görə də, Ermənistanda insanlar hakimiyyətə inanmır və səsvermədə iştirak etmirlər”.

A. Nağıyev qeyd edib ki, Nikol Paşinyanın mitinq siyasəti hakimiyyətin idarəçilik siyasəti demək deyil: “Paşinyan hakimiyyətə seçkiləri saxtalaşdırmaqla gəlsə də, Ermənistan xalqının seçkilərdə passiv iştirakı onların Sarkisyan və Koçaryan cinayətkar xunta rejimini tarixin zibilliyinə atdığını göstərmiş oldu”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə