"Ermənistan ən passiv seçkisini keçirdi" RƏY-ÖZƏL

“Ermənistanda keçirilən seçkilərdə saxtalaşdırmalar olub. Paşinyan populizm çıxışları və xalqa müəyyən vədlər verməklə səs çoxluğu qazansa da, verdiyi vədləri yerinə yetirə biləcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Seçki zamanı digər partiyaların nümayəndələrinə qarşı güc, müqavimət tətbiq edildiyini deyən politoloq söyləyib ki, müşahidəçilər institutunun xüsusilə də səslərin hesablanması zamanı otaqlardan çıxarılması halları aşkar edilib:

“Respublikaçılar partiyasına qarşı ədalətsizlik olub. Onların baryerə yaxınlaşdığını görüb, daha çox sıxışdıraraq kənarda saxlayıblar. Bu baxımdan düşünürəm ki, respublikaçılar partiyası sakit dayanmayacaq. Bölgələrdə səsvermənin yenidən yoxlanmasını tələb edəcək. Hətta Paşinyan da qorxusundan Onların səslərinin düzgün hesablanmadığı ilə bağlı bəyanat verdi. Səslərin yenidən sayılması nəticəsində ola bilsin ki, respublikaçılar partiyası da baryeri aşsın və parlamentə seçilsin”.

Q. Hüseynli qeyd edib ki, Ermənistanda keçirilən seçkilər bu ölkənin tarixində seçicilərin ən passiv iştirak etdiyi seçki olub: “ Seçkilərdə seçicilərin ümumi 48 faizinin iştirak etməsi, indiyə qədər görünməyən hal olmaqla yanaşı, düşündürücü faktdır: “ Belə görünür ki, Paşinyan heç də xalqın arzularını və rəyini ifadə etmir. Əhalinin yalnız kiçik hissəsinin rəyi seçkilərdə onun səs çoxluğu toplamasını təmin edib”.

Politoloqun fikrincə, bundan sonra Paşinyanı çox çətin günlər gözləyir: “ Bildiyiniz kimi Paşinyan xalq çoxlu vədlər verib. Lakin Ermənistanın hazırkı vəziyyəti onun bu vədləri həyata keçirmək imkanı yoxdur. Bundan əlavə Ermənistan mənasız işğalçılıq siyasətini davam etdirməkdədir. Gec-tez Azərbaycanın işğal altında olan torpaqları azad olunacaq. Əgər Paşinyan vəd etdiklərinin heç olmasa bir qismini yerinə yetirmək istəyirsə, o zaman Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq prinsiplərinə uyğun mövqe tutmalı, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Yalnız bundan sonra Ermənistan bəlkə Azərbaycan tərəfindən həyata keçirilən iqtisadi layihələrə qoşula bilər və bundan müəyyən mənfəətlər götürə bilər. Əgər Paşinyan seçkilərdən sonra da öz işğalçılıq siyasətini davam etdirərsə, qeyri-konstruktiv mövqe tutacaqsa, münaqişənin həlli istiqamətində müxtəlif cəfəngiyatlar səsləndirəcəksə, o zaman həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət tərəfindən ciddi zərbə alacaq. Belə olan təqdirdə ölkəsində ona olan etimad daha da azalacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə